Barak Obama: "ABŞ qüvvələri Əfqanıstandan çıxarılmayacaq"

Barak Obama: "ABŞ qüvvələri Əfqanıstandan çıxarılmayacaq" Hazırda Əfqanıstanda olan 9800 nəfərlik ABŞ hərbçisi 2016-cı ildə də o ölkədə qalacaq
Digər ölkələr
15 Oktyabr , 2015 23:31
Barak Obama: ABŞ qüvvələri Əfqanıstandan çıxarılmayacaq

Bakı. 15 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti gələn ilədək planlaşdırıldığı kimi Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmayacağını bəyan edib.

"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Barak Obama deyib ki, Talibanın irəliləyiş əldə etməsini Amerika gözləmirdi.

Ağ Evdə danışan ABŞ dövlət başçısı hazırda Əfqanıstanda olan 9800 nəfərlik hərbi qüvvənin 2016-cı ildə o ölkədə qalacağını deyib. O, 2017-ci ildə hakimiyyəti tərk etdiyi zaman qüvvələrin sayının 5500-ə endiriləcəyini bildirib.

Prezident deyib ki, Amerikanın Əfqanıstandakı missiyası iki səmtdə davam etdiriləcək-Əfqanıstan qüvvələrinin təlimləri və terrorizm əleyhinə əməliyyatlarda.

Barak Obama Əfqanıstanda təhlükəslik durumunun həssalığından söz açıb.

Prezident ötən il qüvvələrin 2016-cı ilin sonunadək çıxaralacağına vəd vermişdi.

Planda 1000 nəfərdən ibarət hərbi personalın Amerika səfriliyinin mühafizəsi üçün saxlanması nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi