Yuxarı
    Bağlamaq

    ​ABŞ prezidenti ənənəvi mətbuat konfransını cümə günü keçirəcək

    Barak Obama mətbuat konfransından sonra Havay adalarına iki həftəlik məzuniyyətə yollanacaq

    Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilin yekunlarına dair ənənəvi mətbuat konfransını cümə günü, dekabrın 19-da keçirəcək.

    "Report" xəbər verir ki, bu barədə Ağ evin nümayəndəsi Coş Ernest brifinq zamanı bildirib.

    Barak Obama mətbuat konfransından sonra Havay adalarına iki həftəlik məzuniyyətə yollanacaq.

    "Prezidentə xoş bayramlar arzu edin", - deyə Obama öz Twitter səhifəsində qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi