Banqladeşdə son sutkada daha 564 koronavirusa yoluxma halı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Banqladeş Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada daha 5 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkə üzrə ölənlərin sayı 168-ə, yoluxanların sayı isə 7 667-yə çatıb.
Qeyd edək ki, Banqladeş hökuməti sosial təcrid rejiminin müddətini mayın 5-dək uzadıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 221 000-i ötüb. Bunların 1 005 217 nəfəri sağalıb, 228 263 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.