Banqladeşdə yoluxanların sayı 5 minə çatır

Banqladeşdə yoluxanların sayı 5 minə çatır Banqladeşdə son sutkada daha 309 koronavirusa yoluxma halı qeydə alınıb.
Digər ölkələr
25 Aprel , 2020 17:58
Banqladeşdə yoluxanların sayı 5 minə çatır

Banqladeşdə son sutkada daha 309 koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Banqladeş Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 9 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkə üzrə qurbanların sayı 140-a, yoluxanların sayı isə 4 998-ə  çatıb.

Məlumata görə, ölkə üzrə koronavirusdan 113 nəfər sağalıb.

Qeyd edək ki, Banqladeş hökuməti sosial təcrid rejiminin müddətini mayın 5-dək uzadıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi