Banqladeşdə vəhşi fillər qadın və üç uşağı ayaqlayaraq öldürüb

Banqladeşdə vəhşi fillər qadın və üç uşağı ayaqlayaraq öldürüb Fil sürüsü Myanmadan olan müsəlman qaçqınların düşərgəsinə daxil olub
Digər ölkələr
15 Oktyabr , 2017 18:53
Banqladeşdə vəhşi fillər qadın və üç uşağı ayaqlayaraq öldürüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Banqladeşdə Myanmadan olan rohingya müsəlmanlarının məskunlaşdığı qaçqın düşərgəsinə vəhşi fillər hücum edib.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində bir qadın və üç uşaq həlak olub.

Bildirilir ki, fil sürüsü düşərgəyə oktyabrın 14-də daxil olub və bir neçə qaçqının yatdığı çadırı ayaqlayıb. İnsident nəticəsində daha 4 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi