Banqladeşdə torpaq sürüşməsi nəticəsində 4 uşaq ölüb

Banqladeşdə torpaq sürüşməsi nəticəsində 4 uşaq ölüb Bakı. 25 iyul. REPORT.AZ/ Banqladeşin cənub-şərqində yerləşən Koks Bazar dairəsində baş verən torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.
Digər ölkələr
25 İyul , 2018 11:43
Banqladeşdə torpaq sürüşməsi nəticəsində 4 uşaq ölüb
AP
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Banqladeşin cənub-şərqində yerləşən Koks Bazar dairəsində baş verən torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ölənlərdən 4-ü uşaqdı.

Ölən uşaqlar eyni ailədən olan 6-15 yaş arası qardaş və bacılarıdır. Onların valideynləri isə xəsarət alıblar.

Məlumata görə, bölgədə bir neçə gündür fasiləsiz yağan leysan yağışları torpaq sürüşmələrinə səbəb olub. 

Tibbi yardım agentliyi 600 mindən çox qaçqın Rohinca müsəlmanlarının yaşadığı Koks Bazarda sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib. 

Son xəbərlər

Orphus sistemi