Yuxarı

​Banqladeşdə seçkilər zamanı baş verən toqquşmalarda 12 nəfər ölüb

İğtişaşlar nəticəsində 200-dən çox insan yaralanıb

Bakı. 29 may. REPORT.AZ/ Banqladeşdə yerli icra orqanlarına keçirilən seçkilər zamanı baş verən toqquşmalarda 12 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Star” nəşri yazıb.

700-dən çox yerli şuraya seçkilər ötən gün baş tutub. Toqquşmalar ölkənin müxtəlif dairələrində qeydə alınıb. Ölənlərin əksəriyyəti bu və ya digər siyasi qüvvənin tərəfdarıdır. Həmçinin iki namizəd və iki məktəbli həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi