Banqladeşdə rohinca qaçqınlarını daşıyan gəmi batıb, uşaqlar ölüb

Banqladeşdə rohinca qaçqınlarını daşıyan gəmi batıb, uşaqlar ölüb İndiyədək 12 nəfərin, o cümlədən 6 uşaq və 4 qadının meyiti tapılıb
Digər ölkələr
16 Oktyabr , 2017 11:36
Banqladeşdə rohinca qaçqınlarını daşıyan gəmi batıb, uşaqlar ölüb
AFP/ Christophe Archambault

Bakı. 16 oktyabr. REPORT.AZ/ Myanmadan olan 12 rohinca qaçqını onları Banqladeşə aparan gəminin batması nəticəsində həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Banqladeşin sahil mühafizəsinin nümayəndəsi Zəfər İmam bildirib.

Onun sözlərinə görə, hadisə bazar ertəsinə keçən gecə Banqladeş və Myanma arasında sərhəd rolunu oynayan Naf çayında baş verib. Qayıq çayın mənsəbinə yaxın yerdə batıb. Hadisə zamanı göyərtədə 50-60 nəfər olub.

Bu ana qədər 12 nəfərin, o cümlədən 6 uşaq və 4 qadının meyiti tapılıb. Təqribən 15 nəfər xilas edilib, 25-30 nəfərin taleyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi