Banqladeşdə sərnişin qatarı relsdən çıxıb.
"Report" xəbər verir ki, bu barədə "Daily Star" bildirib.
Məlumata görə, vaqonlardan biri kanala düşüb, daha iki vaqon isə kanalın sahilinə aşıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, daha 100 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.