Ötən gün Hind yarımadasının şimal-şərq hissəsini vuran “Bulbul” qasırğası nəticəsində Banqladeşdə azı 26 nəfərin öldüyü bildirilir.
“Report” “Daily Star”a istinadən xəbər verir ki, yerli hökumət sahil bölgələrindən 2 milyonadək sakinin köçürüldüyünü, 100 mindən çox yaşayış evinin zədələndiyini, 300 min hektar əkin sahələrinə ziyan vurulduğunu açıqlayıb.
Həmçinin təbii fəlakətdən əvvəl dənizdə 50-dən çox bağlıqçı itkin düşüb.
Fəlakət bölgələrində axtarış-xilasetmə işləri görülür.