Yuxarı

Banqladeşdə partlayış baş verib, 12 nəfər yaralanıb

Hadisənin hansı səbəbdən baş verməsi barədə hər hansı açıqlama verilmir

Bakı. 7 iyul. REPORT.AZ/ Banqladeşdə partlayış baş verib. 

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. 

Agentliyin məlumatına görə, dini ayinlərin icrası zamanı baş vermiş hadisə zamanı bir nəfər ölüb, on iki nəfər xəsarət alıb. Dünyasını dəyişmiş şəxsin polis əməkdaşı olduğu bildirilir. 

Xəsarət alanlar arasında da polis əməkdaşları var. Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 

Hələlik hadisənin hansı səbəbdən baş verməsi barədə hər hansı açıqlama verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi