Koronavirusun təhlükəli "omikron" ştamı daha bir ölkədə aşkarlanıb

Koronavirusun təhlükəli "omikron" ştamı daha bir ölkədə aşkarlanıb Banqladeşdə koronavirusun "omikron" ştamı ilə ilk iki yoluxma halı qeydə alınıb.
Digər ölkələr
12 Dekabr , 2021 06:47
Koronavirusun təhlükəli omikron ştamı daha bir ölkədə aşkarlanıb

Banqladeşdə koronavirusun "omikron" ştamı ilə ilk iki yoluxma halı qeydə alınıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə səhiyyə və ailə rifahı naziri Zahid Mələk açıqlama yayıb.

Onun sözlərinə görə, virusa yoluxmuş hər iki şəxs Banqladeş kriket komandasının üzvləridir, onlar bu yaxınlarda Zimbabvedən ölkəyə qayıdıblar.

Xəstələrin vəziyyəti sabitdir, onlar paytaxt Dəkkədəki oteldə təcrid olunublar.

Noyabrın 26-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda tapılan B.1.1.529 virusunun ştamını yunan hərfi "omikron" ilə təyin edib. Yeni ştamın episentri Cənubi Afrikadır.

Son xəbərlər

Orphus sistemi