Banqladeşdə koronavirusa yoluxanların sayı artır

Banqladeşdə koronavirusa yoluxanların sayı artır Banqladeşdə ötən gündən COVID-19 virusuna yoluxanların sayı daha 3 803 nəfər artaraq 102 292 nəfərə çatıb.
Digər ölkələr
18 İyun , 2020 17:54
Banqladeşdə koronavirusa yoluxanların sayı artır

Banqladeşdə ötən gündən COVID-19 virusuna yoluxanların sayı daha 3 803 nəfər artaraq 102 292 nəfərə çatıb.

“Report” xəbər verir ki, eyni müddət ərzində koronavirusdan 38 nəfər ölüb ki, nəticədə respublikada koronavirus qurbanlarının sayı 1 343 nəfərə çatıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda karantində 332 mindən artıq sakin var, 269 mindən artıq şəxs isə karantindən çıxıb.

Qeyd edək ki, 8 mart tarixindən tətbiq edilən təcrid rejimi yoluxma sayının artmasına baxmayaraq, may ayının 31-də başa çatıb. Bununla yanaşı, hökumət vətəndaşları sosial məsafə qaydasına əməl etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi