​Banqladeşdə ildırım vurması nəticəsində 35 nəfər ölüb

​Banqladeşdə ildırım vurması nəticəsində 35 nəfər ölüb Ölənlərin çoxu əkin sahələrində işləyən kəndlilərdir
Digər ölkələr
13 May , 2016 13:47
​Banqladeşdə ildırım vurması nəticəsində 35 nəfər ölüb

Bakı. 13 may. REPORT.AZ/ Banqladeşdə ildırım vurması nəticəsində aralarında qadın və uşaq olmaqla azı 35 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "İndian Express" məlumat yayıb.

Təbii fəlakət nəticəsində ölkənin Pabna şəhərində 8 nəfər, Siracgənc və Racişah dairələrində 10 nəfər, Kişorgənc və Brahmanbarxiya əyalətlərində 8 nəfər, ölkə paytaxtı Dəkkədə futbol oynayan iki tələbə həyatını itirib. Daha 7 nəfər isə Banqladeşin müxtəlif ərazilərində ölüb.

Ölənlərin çoxu əkin sahələrində işləyən kəndlilərdir. Uşaqlar isə küçədə yağış altında oynayarkən onları ildırım vurub.

Son xəbərlər

Orphus sistemi