Banqladeşdə son bir neçə həftədir davam edən iğtişaşlar nəticəsində ən azı 560 nəfərin öldüyü bildirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Prothom Alo” xəbər portalı məlumat yayıb.
Avqustun 7-si axşam saatlarına olan məlumata görə, baş nazir Şeyx Həsinənin istefasından sonrakı üç gün ərzində 232 nəfər, iyulun 16-dan avqustun 4-dək baş verən toqquşmalarda isə 328 nəfər ölüb.