​Banqladeşdə hindu keşişin qətlinə görə 5,3 min nəfərdən çox adam saxlanılıb

​Banqladeşdə hindu keşişin qətlinə görə 5,3 min nəfərdən çox adam saxlanılıb Saxlanılanlardan 85 nəfəri silahlı şəxslərdir
Digər ölkələr
12 İyun , 2016 21:31
​Banqladeşdə hindu keşişin qətlinə görə 5,3 min nəfərdən çox adam saxlanılıb

Bakı. 12 iyun. REPORT.AZ/ Banqladeş polisi hindu keşişin qətli ilə bağlı son 2 gündə 5,3 min nəfərdən çox adamı saxlayıb. "Report"un məlumatına görə, bu barədə "bdnews 24" onlayn portalı xəbər verib.

Portalın məlumatına görə, cinayətkarın axtarışı əməliyyatının birinci günü 3 min nəfərdən çox adamı saxlanılıb. Saxlanılanlardan 85 nəfəri silahlı şəxslərdir.

Polisdən portala bildirib ki, hindu keşişin qətlinə qədər yazıçılar, bloggerlər və müxtəlif dini cərəyanların nümayəndələri belə hücumlara məruz qalıblar.

Xatırladaq ki, hindu keşiş, 70 yaşlı Ananda Gopal Gangulinın cəsədi bir neçə gün əvvəl onun xidmət etdiyi hindu kilsəsinin yaxınlığında tapılıb. Hadisə qərbi Jhenaidah dairəsində baş verib.

Son xəbərlər

Orphus sistemi