Banqladeşdə hava limanında yanğın olub

Banqladeşdə hava limanında yanğın olub Aeroportda bütün uçuşlar təxirə salnıb, hava limanının əməkdaşları və sərnişinlər təxliyyə olunub
Digər ölkələr
11 Avqust , 2017 15:37
Banqladeşdə hava limanında yanğın olub

Bakı. 11 avqust. REPORT.AZ/ Banqladeşin paytaxtı Dəkkədə beynəlxalq hava limanında yanğın baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, aeroportda bütün uçuşlar təxirə salnıb, hava limanının əməkdaşları və sərnişinlər təxliyyə olunub.

İnformasiyaya əsasən, hadisə yerinə onlarla yanğınsöğndürən cəlb olunub.

Hava limanının elektrik təchizatı dayandırlıb.

Qeyd edək ki, Dəkkədən 20 km. şimalda yerləşən bu liman 1981-ci ildə istifadəyə verilib. 3 sərnişin terminalı var. İldə 8 milyonadək sərnişin, sutkada 190 reysi qəbul edir. 

Son xəbərlər

Orphus sistemi