Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb

Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb Banqladeşin müxtəlif bölgələrində güclü leysanların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
26 İyun , 2022 03:48
Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb

Banqladeşin müxtəlif bölgələrində güclü leysanların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.

Bu barədə “Report” “Channel NewsAsia” telekanalına istinadən xəbər verir.

Təbii fəlakət nəticəsində 73 nəfər ölüb, 4 milyondan çox insan isə fəlakət zonasında qalıb.

Ölkənin şimal-şərqində Surma çayının sahilində yerləşən Silhet şəhəri ən çox zərər çəkib. Artıq bir həftədir ki, şəhərə humanitar yardım çatdırılmır.

Bu arada Surma çayında suyun səviyyəsi azalmağa başlayıb, lakin Hindistan ştatlarından keçərək Banqladeşin şimal-şərqinə çatan Barak çayı yüksəlməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi