Banqladeşdə azı 61 nəfər təbii fəlakətin qurbanı olub

Banqladeşdə azı 61 nəfər təbii fəlakətin qurbanı olub Ölənlər arasında 5 hərbçi də var
Digər ölkələr
13 İyun , 2017 15:18
Banqladeşdə azı 61 nəfər təbii fəlakətin qurbanı olub

Bakı. 13 iyun. REPORT.AZ/ Banqladeşdə leysan yağışlardan sonra yaranan torpaq sürüşməsi nəticəsində 61 nəfər ölüb, onlarla sakin itkin düşüb.

“Report” BBC-yə istinadən xəbər verir ki, hakimiyyət təbii fəlakətin qurbanlarının sayının artacağından ehtiyatlanır.

Bəzi rayonlarda elektrik enerjisi və mobil rabitə əlaqəsi kəsilib. Ölənlər arasında 5 hərbçi də var. Onlar Ranqamati rayonunda yolu təmizləyərəkən torpaq sürüşməsi nəticəsində ölüblər.

Qeyd edək ki, 2007-ci ildə Çittaqonte bölgəsində baş verən sürüşmə nəticəsində 130-a yaxın sakin ölüb. 

Son xəbərlər

Orphus sistemi