Banqladeşdə yük avtomobili fəhlələrin qaldığı evə çarpılıb, 13 nəfər ölüb, 2 fəhlə yaralanıb

Banqladeşdə yük avtomobili fəhlələrin qaldığı evə çarpılıb, 13 nəfər ölüb, 2 fəhlə yaralanıb Bakı. 25 yanvar. REPORT.AZ/ Banqladeşdə yük avtomobilinin fəhlələrin qaldığı evə çarpılması nəticəsində 13 nəfər ölüb, 2 fəhlə yaralanıb.
Digər ölkələr
1038
25 Yanvar , 2019 15:03
Banqladeşdə yük avtomobili fəhlələrin qaldığı evə çarpılıb, 13 nəfər ölüb, 2 fəhlə yaralanıb
hurriyet

Bakı. 25 yanvar. REPORT.AZ/ Banqladeşdə yük avtomobilinin fəhlələrin qaldığı evə çarpılması nəticəsində 13 nəfər ölüb, 2 fəhlə yaralanıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə paytaxt Dəkkdən 80 km. cənub-şərqdə yerləşən Cumila bölgəsinin Çauddoqram rayonunda baş verib. 

Rayonun polis idarəsinin rəisi Mahfuzur Rahman deyib ki, hadisə sürücünün idarəetməni itirməsı səbəbindən baş verib. 

Yaralılar xəstəxanaya yerləşdirilib. Həmin tikilidə yerli kərpic fabrikinin fəhlələri qalırmış. 

Son xəbərlər

Orphus sistemi