Banqladeşdə sərnişin avtobusunun şosedən çıxaraq gölə aşması nəticəsində azı 17 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
İlkin ehtimala görə, avtobusun təkəri partlayıb və sürücü idarəetməni itirib. Nəticədə avtobus yol kənarındakı gölə aşıb.
Sərnişinlərdən 13-ü yerindəcə, 4-ü xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib. Ölənlərin yeddisi azyaşlı, beşi qadındır.