Banqladeşdə avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb

Banqladeşdə avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb Banqladeşin mərkəzi hissəsində avtobusun körpüdən aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.
Digər ölkələr
24 Avqust , 2019 20:14
Banqladeşdə avtobusun dərəyə aşması nəticəsində 8 nəfər ölüb

Banqladeşin mərkəzi hissəsində avtobusun körpüdən aşması nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” “TASS” istinadən xəbər verir ki, bu barədə “Bdnews24” agentliyinə polisdən məlumat verilib.

Qeyd olunub ki, hadisə şəhərlərarası magistral yolda baş verib. Belə ki, avtobus hərəkət zolağından kənara çıxaraq maneəyə çırpılıb və dərəyə yuvarlanıb.

Altı nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada vəfat edib. Bütün yaralılar xəstəxanalara aparılıb. Yerli qurumlar ölənlərin sayının artacağının ehtimal olunduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi