Bakı. 11 fevral. REPORT.AZ/ Banqladeşin cənub-qərbində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 13 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Bangladesh News" məlumat yayıb.
Qəza qaz balonu daşıyan yük maşını ilə baş verdiyindən hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtobusun sürücüsü idarəetməni itirib və yük maşınına çırpılıb.
Ölənlərdən 12 nəfəri avtobusun sərnişinləri, bir nəfər yük maşınının sürücüsü olub.