Banqladeşdə apreldə Parlamentlərarası İttifaqın Assambleyası keçiriləcək

Banqladeşdə apreldə Parlamentlərarası İttifaqın Assambleyası keçiriləcək Assambleyaya toplaşan nümayəndə heyətləri beynəlxalq problemləri müzakirə edəcək və müvafiq tövsiyələr hazırlayacaq
Digər ölkələr
31 Mart , 2017 17:36
Banqladeşdə apreldə Parlamentlərarası İttifaqın Assambleyası keçiriləcək

Bakı. 31 mart. REPORT.AZ/ Bu il aprelin 1-dən 5-dək Banqladeşdə Parlamentlərarası İttifaqın (IPU) 136-cı Assambleyası keçiriləcək.

"Report" xəbər verir ki, assambleyaya toplaşan nümayəndə heyətləri beynəlxalq problemləri müzakirə edəcək və müvafiq tövsiyələr hazırlayacaq.

Qeyd edək ki, IPU dünyanın müxtəlif ölkələrin parlamentləri arasında əlaqələrin qurulması və koordinasiyana yardım edən beynəlxalq parlament dialoqunun mərkəzidir. Onun tərkibinə 171 üzv daxildir. Buraya Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə və başqaları daxildir.

Son xəbərlər

Orphus sistemi