Bakı. 13 avqust. REPORT.AZ/ Banqladeş sahillərində Hindistana məxsus balıqçı gəmisinin batması nəticəsində, ən azı 17 nəfər itkin düşüb.
"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
"17 balıqçı gəminin batmasından sonra itkin düşüb", - deyə Banqladeşin Müdafiə Nazirliyinin nümayəndəsi Tapuşi Rabeyə bildirib.
Banqladeşin Hərbi Dəniz Qüvvələri nümayəndəsinin agentliyə verdiyi məlumata görə, iki hərbi və bir patrul gəmisi "Maha Gouri" balıqçı gəmisinin axtarışlarına cəlb olunub.