Banqkokda naməlum şəxsin atəşi qadını öldürdü

Banqkokda naməlum şəxsin atəşi qadını öldürdü Banqkokdakı “Century Movies Plaza” Ticarət Mərkəzində naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.
Digər ölkələr
18 Fevral , 2020 14:56
Banqkokda naməlum şəxsin atəşi qadını öldürdü

Banqkokdakı “Century Movies Plaza” Ticarət Mərkəzində naməlum şəxsin açdığı atəş nəticəsində 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.

“Report” “Khaosod English”ə istinadən xəbər verir ki, ticarət mərkəzində fəaliyyət göstərən gözəllik klinikasının qarşısında baş verən hadisədə klinikanın işçisi olan 28 yaşlı qadın dünyasını dəyişib, mühafizəçi isə xəsarət alıb.

Hadisə yerində araşdırma aparan polisin bildirdiyinə görə, ölən qadının sevgilisi olan həmin şəxs qısqanclıq zəminində rəfiqəsinə atəş açaraq hadisə yerindən dərhal uzaqlaşıb. Polis qatili axtarır.

Son xəbərlər

Orphus sistemi