Banqkokda Myanmadakı çevrilişə etiraz edənlərlə polis arasında toqquşma olub

Banqkokda Myanmadakı çevrilişə etiraz edənlərlə polis arasında toqquşma olub Etiraz aksiyası Banqkokdakı Myanma səfirliyi qarşısında keçirilib
Digər ölkələr
1 Fevral , 2021 17:17
Banqkokda Myanmadakı çevrilişə etiraz edənlərlə polis arasında toqquşma olub

Tailandın paytaxtı Banqkokda polislə Myanmada baş vermiş hərbi çevrilişə etiraz edən bir qrup nümayişçi arasında toqquşma yaşanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi şahidlərə istinadən məlumat verib.

Qeyd olunub ki, etiraz aksiyası Banqkokdakı Myanma səfirliyi qarşısında keçirilib. Oraya həm Myanma, həm də Tailand vətəndaşları olmaqla, təxminən 200 nəfər toplanıb. Toqquşma nəticəsində azı iki nəfər yaralanıb.

Müxalif hüquqşünaslar birliyi “iLaw”un məlumatına görə, polis azı iki nəfəri saxlayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi