Yuxarı

Tailand polisi Banqkokda mümkün partlayışlarla bağlı məlumatlar səbəbiylə xüsusi əməliyyat keçirir

Tailand polisi əməliyyat zamanı on nəfər şübhəli şəxsi saxlayıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Banqkokda bu ayın sonunda terror hücumlarının olacağı ilə bağlı məlumatlar səbəbiylə Tailand polisi xüsusi əməliyyat keçirir. "Report" TASS-a istinadən xəbər verir ki, güc orqanlarının əməkdaşları artıq şübhəli bilinən 10 nəfəri saxlayıb.

Yerli KİV-in məlumatına görə, polis ehtimal edilən cinayətkarların axtarışı çərçivəsində şəhərin girişində avtomobilləri hərtərəfli yoxlayır, artıq saxlanılan 10 nəfər isə yaxın zamanda dindiriləcək.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış təşkil etmək üçün içərisinə partlayıcı qurğu yerləşdirilmiş avtomobildən istifadə edilə bilər. Terror hücumunun mümkün hədəfləri kimi hava limanları, turistlərin kütləvi toplaşdığı ərazilərdəki parklar göstərilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi