Baltikyanı ölkələr NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib

Baltikyanı ölkələr NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib Polşa, Litva, Latviya və Estoniya NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib.
Digər ölkələr
18 May , 2022 12:07
Baltikyanı ölkələr NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib

Polşa, Litva, Latviya və Estoniya NATO-dan hərbi mövcudluğunu genişləndirməyi istəyib.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Məlumata görə, NATO-ya üzv dövlətlər Rusiyanın təcavüzünü Şərqi Avropada gücləndirməsinə müxtəlif aspektdən yanaşırlar: “Litva, Latviya, Estoniya və Polşa NATO qüvvələrinin mövcudluğunun genişləndirilməsini istədikləri halda, Fransa və İtaliya Rusiyanın Alyans üçün təhlükəsinə ehtiyatla yanaşır”.

Bildirilib ki, bu istiqamətdə razılaşmanı zirvə toplantısınadək təxirə salıblar. Mayın 21-22-də İspaniyanın paytaxtı Madriddə NATO-ya üzv dövlətlərin başçılarının zirvə toplantısında məsələyə baxılacağı gözlənilir. Bu Zirvə toplantısında Finlandiya və İsveçin Alyansa üzvlüyü məsələsinə də baxılacaq.

Son xəbərlər

Orphus sistemi