Baltikyanı ölkələr keçmiş sovet respublikaları kimi təqdim olunmalarına etiraz ediblər

Baltikyanı ölkələr keçmiş sovet respublikaları kimi təqdim olunmalarına etiraz ediblər Səfirlər bununla bağlı "Le Monde" qəzetinə məktub yazıblar
Digər ölkələr
9 Sentyabr , 2017 14:18
Baltikyanı ölkələr keçmiş sovet respublikaları kimi təqdim olunmalarına etiraz ediblər

Bakı. 9 sentyabr. REPORT.AZ/ Estoniya, Latviya və Litvanın Fransadakı səfirləri ölkələrinin keçmiş sovet respublikaları kimi təqdim olunmasına etiraz ediblər.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, səfirlər bununla bağlı "Le Monde" qəzetinə məktub yazıblar.

"Çox şad olardıq ki, siz məqalələrinizdə "keçmiş sovet respublikası" terminindən istifadə etməyəsiniz", - diplomatların birgə müraciətində bildirilib.

Səfirlər vurğulayıblar ki, onların təmsil etdikləri respublikalar 1940-ci ildə  Sovet İttifaqına könüllü deyil, məcburi şəkildə daxil ediliblər.

Son xəbərlər

Orphus sistemi