Balkan ölkələrinin Avropa İttifaqına daxilolma şərtləri açıqlanıb

Balkan ölkələrinin Avropa İttifaqına daxilolma şərtləri açıqlanıb Jan-Klod Yunker: "Xorvatiya və Sloveniya yeni ölkələrin daxil edilməsinə qədər problemi həll etməlidirlər"
Digər ölkələr
6 Fevral , 2018 16:10
Balkan ölkələrinin Avropa İttifaqına daxilolma şərtləri açıqlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) üzvlüyünə can atan Qərbi Balkan ölkələri - Sloveniya və Xorvatiya sərhəd problemini həll etməyincə İttifaqa daxil ola bilməyəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.

"Sərhəd mübahisəsi həll olunmayana qədər yeni Qərbi Balkan ölkələrinin Aİ-yə daxil olması mümkün deyil. Xorvatiya və Sloveniya məsuliyyət göstərməlidir, problem yeni ölkələrin daxil edilməsindən əvvəl həll edilməlidir", - deyə o, Strasburqda Avropa Parlamentinin deputatları önündə çıxış edərkən vurğulayıb.

Qeyd edək ki, Sloveniya və Xorvatiya Adriatik dənizinin Piran körfəzindəki eyni əraziyə iddia edirlər.

Əlavə edək ki, hazırda Aİ üzvlüyü üçün Balkan ölkələrindən namizədlər Albaniya, Makedoniya, Serbiya və Monteneqrodur. Monteneqro ilə 2012-ci, Serbiya ilə isə 2014-cü ildən Aİ-yə qoşulmaq üzrə danışıqlar aparılır. Bosniya və Herseqovina 2016-cı ilin fevral ayından etibarən namizəd statusunu gözləyir.

Son xəbərlər

Orphus sistemi