Balidə 6 bala yaxın zəlzələ baş verib

Balidə 6 bala yaxın zəlzələ baş verib Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
22 Mart , 2017 06:43
Balidə 6 bala yaxın zəlzələ baş verib

Bakı. 22 mart. REPORT.AZ/ İndoneziyanın Bali adasında 5,5 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, dağıntı və tələfat barədə məlumat yoxdur.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə 03:10-da adanın cənub hissəsində baş verib. Zəlzələnin ocağı yerin 118,4 metr dərinliyində, Denpasor şəhərindən 10,2 km. şimal-şərqdə yerləşib.

Son xəbərlər

Orphus sistemi