Bali aeroportu vulkan püskürməsi səbəbindən bağlanıb

Bali aeroportu vulkan püskürməsi səbəbindən bağlanıb Vulkanın havaya atdığı külün hündürlüyü 2 km-ə çatır
Digər ölkələr
29 İyun , 2018 04:57
Bali aeroportu vulkan püskürməsi səbəbindən bağlanıb

Bakı. 29 iyun. REPORT.AZ/ İndoneziya hökuməti cümə günü Aqunq dağında vulkanın fəallaşması ilə əlaqədar olaraq Bali kurort adasında yerləşən beynəlxalq hava limanını bağlamaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Channel NewsAsia" telekanalı məlumat yayıb.

Uçuşların dayandırılması yerli vaxtla 19:00-dək davam edəcək.

Nqurah-Ray aeroportunun nümayəndəsi Yanus Supraüqi bildirib ki, sinoptiklərin məlumatına görə, vulkan külü hava limanı ətrafında cümə günü səhər olacaq.

Ötən gün vulkanın havaya atdığı külün hündürlüyü 2 km-ə çatıb.

Son xəbərlər

Orphus sistemi