Yuxarı
    Bağlamaq

    Baş nazir: "Bağdadinin sağ qalması təəccüblüdür"

    İŞİD tərəfindən təhlükənin yaranması bir çox qərb dövlətlərinin gündəliyini dəyişib

    Bakı. 20 yanvar. REPORT.AZ/ İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadi yaralanıb.

    "Report" "əl-Həyat"a istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi deyib.

    "İraq ordusunun Suriya ilə sərhədindəki əl-Kaim şəhərinə hava zərbələri endirməsi nəticəsində Əbu Bəkr əl-Bağdadi yaralanıb. Onun sağ qalması təəccüblüdür" - o, vurğulayıb. Baş nazirin sözlərinə görə, İŞİD lideri vaxtının çoxunu Suriyada keçirir.

    Əl-İbadinin fikrincə, İŞİD tərəfindən təhlükənin yaranması bir çox qərb dövlətlərinin gündəliyini dəyişib.

    Əl-İbadi "əl-Həyat"a müsahibəsində ABŞ-la İran arasında gedən müzakirələrə toxunaraq, onların ikitərəfli anlaşmaya yaxınlaşdıqlarını da söyləyib: "Hazırda İran rəhbərliyi öz xalqına bildirmək istəyir ki, razılaşma məsələsində ABŞ-ın niyyəti ciddidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi