Bağdadın “yaşıl zona”sına raket hücumu olub

Bağdadın “yaşıl zona”sına raket hücumu olub İraqın paytaxtı Bağdad şəhərinin “yaşıl zona”sına raket hücumu olub.
Digər ölkələr
8 yanvar 2020 22:27
Bağdadın “yaşıl zona”sına raket hücumu olub

İraqın paytaxtı Bağdad şəhərinin  “yaşıl zona”sına raket hücumu olub.

“Report”un məlumatına görə, bu barədə “Al Mayadeen” xəbər verib.

Bildirilib ki, hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi əraziyə iki raket atılıb.

Ərazidə, o cümlədən, ABŞ səfirliyində həyəcan siqnalları işə düşüb.

İraq ordusu isə hücumla bağlı məlumat yayıb və bildirib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur. 

Son xəbərlər

Orphus sistemi