Bağdadın mərkəzində güclü partlayış olub

Bağdadın mərkəzində güclü partlayış olub Bomba yüklü avtomobil İraq paytaxtında "yaşıl zona"nın yaxınlığında partladılıb
Digər ölkələr
24 Yanvar , 2017 12:42
Bağdadın mərkəzində güclü partlayış olub

Bakı. 24 yanvar. REPORT.AZ/ Bağdadın mərkəzində güclü partlayış olub.

"Report" "PressTV"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər həlak olub, onlarla insan yaralanıb.

İlkin məlumata görə, İraq paytaxtında "yaşıl zona"nın yaxınlığında bomba yüklü avtomobil partladılıb.

Şahidlər partlayışın çox güclü olduğunu, partlayışdan sonra yanğının başladığını xəbər verib.

"Al Sumaria" telekanalı 2 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Son xəbərlər

Orphus sistemi