Bağdadda iki partlayış nəticəsində 25-dən artıq insan həlak olub

Bağdadda iki partlayış nəticəsində 25-dən artıq insan həlak olub Birinci terror aktı Bağdadın şimalındakı Ət-Taci hərbi bazasının yaxınlığında terrorçu-kamikadze tərəfindən minalanmış avtomobildə törədilib
Digər ölkələr
9 İyun , 2016 11:50
Bağdadda iki partlayış nəticəsində 25-dən artıq insan həlak olub

Bakı. 9 iyun. REPORT.AZ/ Bu gün İraqın paytaxtı Bağdad şəhərində baş verən iki partlayış nəticəsində ən azı 25 nəfər həlak olub, 60 nəfərdən artıq insan yaralanıb.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

"Əl-Mayaddin" telekanalının məlumatına görə, birinci terror aktı Bağdadın şimalındakı Ət-Taci hərbi bazasının yaxınlığında terrorçu-kamikadze tərəfindən minalanmış avtomobildə törədilib. İkinci partlayış paytaxtın şərqində baş verib. 

Son xəbərlər

Orphus sistemi