Bakı. 11 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda polislə etirazçıların toqquşması nəticəsində bir etirazçı ölüb, bir neçə nəfər isə yaralanıb.
“Report” “RAİ Novosti”yə istinadən xəbər verir ki, aksiyanın təşkilatıçısı Müqtəda əs-Sədrin tərəfdarlarıdır.
İnformasiyaya əsasən, aksiya iştirakçıları ölkədəki seçki sistemində islahatın aparılmasını və korrupsiyanın aradan qaldırılmasını tələb ediblər.
Məlumatada bildirlib ki, polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib.
Oşxar hadisə keçən il də olub. O zaman etirazçıların hücumu parlament binasna hücumla yekunlaşmışdı.