Yuxarı

Bağdadda Türkiyədən olan 18 fəhlə və mühəndis qaçırılıb

İraq paytaxtının şərqində silahlılar 20 nəfəri oğurlayıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şərqində silahlı və maskalılar 20 nəfəri qaçırıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyindən bildirilib.
Qaçırılanların 18-i Türkiyə şirkətində işləyən fəhlə və mühəndislərdir. Onlar Bağdadın Sədr rayonunda idman kompleksi tikirmiş. 

Qeyd edək ki, ötən il İraqın Mosul şəhərində İŞİD Türkiyənin 46 vətəndaşını qaçırmışdı. Onların azad edilməsi prosesi 3 ay sürdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi