Yuxarı

Bağdadda törədilmiş terror aktında ölənlərin sayı 290 nəfərə çatıb

17 nəfər hələ də itkin düşmüş sayılır

Bakı. 6 iyul. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində bir neçə gün bundan əvvəl törədilmiş terror aktında ölənlərin sayı 290 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "Əl-Məyadin" telekanalı xəbər yayıb. 

Telekanalın məlumatına görə, hadisə nəticəsində xəsarət alanların sayı 180 nəfərə çatıb. 

"Əl-Məyadin"in hadisə zamanı 17 nəfərin itkin düşdüyünü açıqlayıb. Həmin şəxslərin sonrakı aqibətindən bu günə kimi hər hansı xəbər yoxdur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi