​Bağdadda törədilən terror aktında azı 60 nəfər həlak olub, 100-dən çox yaralı var

​Bağdadda törədilən terror aktında azı 60 nəfər həlak olub, 100-dən çox yaralı var İŞİD qruplaşması partlayışın məsuliyyətini öz üzərinə götürüb
Digər ölkələr
11 May , 2016 13:16
​Bağdadda törədilən terror aktında azı 60 nəfər həlak olub, 100-dən çox yaralı var

Bakı. 11 may. REPORT.AZ/ İraq paytaxtı Bağdadın ətrafında yerləşən Mədinət-əs-Sədr rayonunda avtomobilə quraşdırılan bombanın partladılması nəticəsində 60-dan çox insan həlak olub, 100-ə yaxın yaralı var. 

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Qurbanların sayının artacağı ehtimal edilir.

Partlayış insanların çox olduğu rayon bazarının girişində törədilib.

İŞİD qruplaşması partlayışın məsuliyyətini öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi