Bakı. 3 oktyabr. REPORT.AZ/ İraqda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 7 nəfər ölüb, 20-yə yaxın sakin yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə paytaxt Bağdad şəhərinin cənubunda Əl-Amil rayonunda baş verib.
Terrorçu özünü insanların sıx olduğu yerdə, bazarın yaxınlığındakı tibb mərkəzinin yanında partladıb.