İŞİD Bağdaddakı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Bağdaddakı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb İki terror aktında ölənlərin sayı 28 nəfərə çatıb
Digər ölkələr
9 İyun , 2016 13:59
İŞİD Bağdaddakı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. 9 iyun. REPORT.AZ/ "İslam dövləti" terror təşkilatı İraqın iki rayonunda baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. 

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Əl-Cəzirə" telekanalının məlumatına görə, iki  terror aktında ölənlərin sayı 28 nəfərə çatıb.

Birinci partlayış Bağdadın şərqindəki Əl-Cədidə rayonunda baş verib.  Terrorçu-kamikadze minalanmış avtomobili partladıb.

İkinci partlayış paytaxtın şimalında Taci şəhərində terrorçunun minalanmış avtomobildə İraq ordusunun nəzarət-nuraxılış məntəqəsinə girməsi nəticəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi