Yuxarı

Bağdadda terror aktı nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb

Hadisəni kamikadze törədib

Bakı. 25 sentyabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində kamikadzenin özünü partlatması nəticəsində ən azı 6 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, insident nəticəsində təqribən 20 nəfər yaralanıb. Hücum Bağdadın Əl-İskan rayonunda baş verib.

İnsidentin təfərrüatları hələ ki, açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi