Yuxarı
    Bağlamaq

    ​Bağdadda terror aktı nəticəsində 12 nəfər ölüb, 40 yaralı var

    Partlayış Bağdadın Şulaa rayonunda qeydə alınıb

    Bakı. 25 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şiə məscidində terrorçu-kamikadzelər tərəfindən törədilən iki terror aktı nəticəsində ən azı 12 nəfər həyatını itirib.

    "Report" xəbər verir ki, bu barədə yerli polis və tibb işçilərinə istinadən "Reuters" məlumat yayıb.

    Hadisə nəticəsində təqribən 40 nəfər yaralanıb. Partlayış Bağdadın şiələrin üstünlük təşkil etdiyi Şulaa rayonunda qeydə alınıb.

    İnsidentin digər təfərrüatları məlum deyil.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi