Bağdadda silsilə partlayışlar nəticəsində 3 nəfər ölüb

Bağdadda silsilə partlayışlar nəticəsində 3 nəfər ölüb Bakı. 8 oktyabr. REPORT.AZ/ Bazar günü İraqın paytaxtı Bağdadın müxtəlif rayonlarında baş vermiş beş partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.
Digər ölkələr
8 Oktyabr , 2018 01:57
Bağdadda silsilə partlayışlar nəticəsində 3 nəfər ölüb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bazar günü İraqın paytaxtı Bağdadın müxtəlif rayonlarında baş vermiş beş partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb.

"Bu gün axşam (bazar günü) Bağdadın Səba Əkbər rayonunda "Toyota Coaster" markalı mikroavtobusa qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində beş nəfər yaralanıb", - deyə telekanal paytaxtın güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bundan əlavə paytaxtın cənubunda yerləşən Əbu Daşir rayonunda mağaza yaxınlığında partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Həmçinin Bağdadın şimalındakı Əş-Şualya rayonunda yük maşını partladılıb. Burada 2 nəfər xəsarət alıb.

Daha 4 nəfər Ər-Rəşid rayonunda yük maşınına qoyulan partlayıcı qurğunun işə düşməsi zamanı müxtəlif dərəcəli xəsarətlər alıb.

Eyni zamanda paytaxtın şimalındakı Malik əl-Əştər meydanında törədilən partlayış nəticəsində 1 nəfər ölüb, eyni sayda insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi