Bağdadda partlayış nəticəsində 7 nəfər ölüb, 14-ü yaralanıb

Bağdadda partlayış nəticəsində 7 nəfər ölüb, 14-ü yaralanıb Ölənlərin hamısı dinc sakinlərdirlər
Digər ölkələr
6 Sentyabr , 2016 06:57
Bağdadda partlayış nəticəsində 7 nəfər ölüb, 14-ü yaralanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Ötən gün axşam saatlarında İraqın paytaxtı Bağdad şəhərində törədilən partlayış nəticəsində ən azı 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə Əl-Karrada mərkəzi rayonunda minalanmış avtomobilin partladılması nəticəsində baş verib.

Ölənlərin hamısı dinc sakinlərdirlər. Partlayışdan sonra yaxınlıqda olan onlarla maşın və mağaza yanmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi