Bakı. 28 iyun. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın yaxınlığında yerləşən Əbu-Qreyb şəhərindəki məscid ətrafında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində ən azı 12 nəfər ölüb, 32 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli polis və həkimlərə istinadən "Reuters" məlumat yayıb.
Hələ ki, partlayışa görə heç kim məsuliyyəti öz üzərinə götürməyib.
Partlayış zamanı məsciddə dindarlar olub.