Bağdadda iki partlayış olub, azı 18 nəfər ölüb

Bağdadda iki partlayış olub, azı 18 nəfər ölüb Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur
Digər ölkələr
31 Dekabr , 2016 11:31
Bağdadda iki partlayış olub, azı 18 nəfər ölüb

Bakı. 31 dekabr. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda ardıcıl törədilən iki partlayış nəticəsində azı 18 nəfər ölüb, 38 yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis bildirib.

Partlayış paytaxtın mərkəzi hissəsində Əs-Sinek rayonunda alış-veriş yerlərindən birində törədilib.

Məlumata görə, əvvəlcə bir partlayış olub, oradakı adamlar qaçmağa başlayıb. Bu zaman ikinci partlayış törədilib.

Partlayışın məsuliyyətini hələlik üzərinə götürən yoxdur.

Son xəbərlər

Orphus sistemi