Bağdadda iğtişaşlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Bağdadda iğtişaşlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB 357 nəfər xəsarət alıb
Digər ölkələr
12 Fevral , 2017 04:00
Bağdadda iğtişaşlar zamanı ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 12 fevral. REPORT.AZ/ İraqın paytaxtı Bağdadda baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb, 350-dən çox insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “Al Ghad Press” xəbər portalı məlumat yayıb.

“Paytaxt xəstəxanalarına 8 cəsəd və 357 yaralı daxil olub”, - deyə “Al Ghad Press”in məlumatında bildirilir.

18:43. 11 fevral

Şənbə günü Bağdadda İraq şiələrinin lideri Müqtəda əs-Sədr tərəfdarları ilə polis arasında baş vermiş toqquşma zamanı 5 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə paytaxt qubernatoruna istinadən "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

Daxil olan məlumata görə, 320 nəfər xəsarət alıb.

Bundan əvvəl toqquşmalar zamanı bir İraq polisinin öldüyü, yeddisinin yaralandığı bildirilmişdi.

Etirazçılar hökumətdən islahatlar aparmağı, korrupsiyaya son qoymağı, həmçinin Mərkəzi Seçki Komissiyasının tərkibinə dəyişikliklər etməyi tələb edirlər.

Son xəbərlər

Orphus sistemi